Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda üçmərtəbəli biznes mərkəzində yanğın başlayıb.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, yanğın biznes mərkəzinə bitişik 3 binaya da keçib. Yanğının səbəbi məlum deyil.
Hadisə yerində çoxlu sayda yanğınsöndürən cəlb olunub.