Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda təxminən 200 polisin iştirakı ilə həyata keçirilən yoxlamalarda barəsində axtarış qərarı olan 4 şübhəli saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
"18 sürücüyə ümumilikdə 310 min 954 TL (11 287 AZN) cərimə tətbiq edilib", - məlumatda vurğulanıb.
Qeyd edək ki, yoxlamalar əsasən Bursa-Ankara avtomobil yolu üzərində, İnegöl rayonunun girişində aparılıb.