Türkiyədə avtomobil qəzasında bir ailənin beş üzvü ölüb

Bakı. 20 iyun. REPORT.AZ/ Türkiyənin Əskişəhər əyalətinin Sivrihisar rayonunda baş verən avtomobil qəzasında 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, avtomobil Sivrihisra-Əskişəhər avtomobil yolunda dəmir baryerlərə çarpılaraq aşıb.

Ölənlərin hamısı bir ailənin üzvləridir.

Yaralıların həyatı üçün təhlükə olmadığı bildirilib.

Hadisənin səbəbi araşdırılır. 

Digər xəbərlər