Bakı. 8 iyun. REPORT.AZ/ Türkiyənin Tekirdağ şəhərində sərnişin avtobusu ilə benzin daşıyan avtomobil toqquşub.
“Report” “Haberler” istinadən xəbər verir ki, nəticədə yük avtomobili aşıb, 16 ton bezin yola dağılıb, baş verə biləcək yanğının qarşısı alınıb.
Qəza nəticəsində 10 nəfərin yaralandığı bildirilir.
Yük avtomobilinin sürücüsü avtobus sərnişinlərindən qəzaya görə üzr istəyib.