Bakı. 6 mart. REPORT.AZ/ Türkiyədə sərnişin avtobusu TIR-a çırpılıb.
“Report” “Mynet”ə istinadən xəbər verir ki, hadisə Manisa əyalətinin Kula rayonunda, İzmir-Ankara magistral avtomobil yolunun Esenyazı-Gökçeören qovşağında baş verib.
Nəticədə 2-si ağır olmaqla 20 nəfər yaralanıb.
Avtobusda ümumilikdə 27 sərnişin olub.
Hadisənin səbəbi araşdırılır.