Türkiyənin Trabzon şəhərinin Akçaabat rayonunda axşam saatlarında bələdiyyə avtobusu idarəetmədən çıxaraq aşıb.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, yol qəzası nəticəsində biri uşaq olmaqla 4 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Qəzanın başvermə səbəbi araşdırılır.