Türkiyədə avtobus aşıb, 7 nəfər ölüb, 15-i yaralanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyənin Malatya əyalətinin Darende rayonunda avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, qəza Darende-Malatya avtomobil yolunun Bağlarbaşı hissəsində qeydə alınıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım, xilasedicilər cəlb edilib.

Avtobusun sərnişinləri İstanbuldan Malatyaya göndərilən cənazənin yaxınları olublar.

Digər xəbərlər