İstanbulda amerikalı jurnalistin meyiti aşkarlanıb

Türkiyənin İstanbul şəhərində ABŞ vətəndaşı olan jurnalist Andre Vlçekin meyiti tapılıb.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, jurnalistin meyiti sentyabrın 22-də səhər saatlarında şəhərin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki mehmanxananın qarşısında avtomobilində aşkarlanıb.

Bildirilib ki, 57 yaşlı Andre Vlçek Rusiyada doğulub. O, həyat yoldaşı Rosse İndira Vlçek və iki sürücü ilə birgə 9 gün Türkiyənin Samsun şəhərində qalıblar. Oradan isə kirayə götürdükləri “VİP” xidmət avtomobili ilə İstanbula yola düşüblər.

Jurnalistin ölüm səbəbi məlum deyil. Polis hadisə ilə bağlı araşdırma aparır.

Digər xəbərlər