Türkiyənin Manisa şəhərində ağır yol qəzası baş verib.
"Report"un "Haberglobal"a istinadən məlumatına görə, hadisə Salihli rayonunda qeydə alınıb.
Belə ki, minik və yolsuzluq avtomobillərinin toqquşması nəticəsində 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb. Qəzada minik avtomobili iki hissəyə bölünüb.
Qəzanın təfərrüatları və xəsarət alanların vəziyyəti ilə bağlı məumat paylaşılmayıb.