Türkiyənin Antalya vilayətinin Alanya rayonunda turist avtobusu mikroavtobusla toqquşub.
"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Hadisə Konaklı məhəlləsində magistral yolda baş verib.
Nəticədə 15 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.