Türkiyədə 50 şagirdin qidadan zəhərləndiyi ehtimal olunur - YENİLƏNİB

Türkiyədə 50 şagirdin qidadan zəhərləndiyi ehtimal olunur.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Adıyaman şəhərinin Besni rayonunda yataqxanada qalan 50 şagird yedikləri qidadan sonra özlərini pis hiss ediblər. Onlar zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdiriliblər.

Şagirdlərin sağlamlıq vəziyyətlərinin yaxşı olduqları bildirilir.

Qeyd edək ki, bundan əvvəl Koceli və Rizə şəhərlərində ümumilikdə 54 şagirdin qidadan zəhərləndiyi deyilirdi.

Türkiyədə 54 şagird qidadan zəhərlənib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, Koceli şəhərində özəl bir liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra özlərini pis hiss ediblər.

Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.

Şagirdlər xəstəxanaya yerləşdiriliblər, onlara müvafiq yardım göstərilib. Hadisələrlə bağlı araşdırma başladılıb.

Digər xəbərlər