Türkiyədə 4,6 maqnitudada zəlzələ olub

Türkiyənin Qaziantep vilayətində 4,6 maqnitudada zəlzələ olub.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, zəlzələnin episentri Nurdağı rayonunda, ocağı 7 kilometr dərinlikdə yerləşib.

Təbiət hadisəsi Qaziantep, Qəhrəmanmaraş, Kilis, Osmaniyyə və Hatay vilayətlərində hiss olunub.

Hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər