Türkiyə XİN Ukraynadakı vətəndaşlarına çağırış edib

“Ukraynanın hava məkanı hələ ki qapalıdır. Mövcud vəziyyətdə evlərinizdə və ya təhlükəsiz bir yerdə qalmanızı, səyahətdən qaçınmanızı xahiş edirik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi Ukraynada yaşayan vətəndaşlarına çağırışında bildirib.

“Ölkəni tərk etmək istəyənlər üçün lazımi dəstək və koordinasiya təmin ediləcək”, - çağırışda vurğulanıb.

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02