Türkiyə XİN: Rusiya və Ukrayna arasında danışıqların nəticələri mənfi olmayıb

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar mənfi nəticələr olmadan başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i “Daily Sabah” nəşrinə istinadən məlumat yayıb.

"Görüş başa çatıb. Onun nəticələri mənfi olmayıb", - nəşr Türkiyə XİN-in nümayəndəsi Öncü Keçeliye istinadən bildirib.

Qeyd edək ki, iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar bir saatdan çox davam edib və rus dilində aparılıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24