Ankarada Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal ilə amerikalı həmkarı Uendi Şerman arasında görüş keçirilib.
Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.
Görüş zamanı tərəflər arasında qarşılıqlı münasibətlərin genişləndirilməsi dair fikir mübadiləsi aparılıb. Ukrayna-Rusiya müharibəsində Türkiyənin və NATO-nun rolu, həmçinin sülhün əldə olunması uğrunda hər iki ölkənin birgə iradəsi müzakirə edilib.
Gündəlikdə həmçinin terrorizmlə mübarizədə Türkiyə və ABŞ-ın ortaq fikirlərindən, NATO çərçivəsində tərəfdaşlığından bəhs olunub.