Türkiyə XİN başçısı: "Bizim də səbrimizin həddi var"

"Suriyanın İdlib bölgəsində rejim tərəfindən 2 000-dən çox insan öldürülüb". 

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, son zamanlarda İdlibdəki rejimin hücumu narahatlıq doğurur: “Biz Rusiya ilə danışıqlar aparırıq və birgə işləmək barədə qərar alınıb. Məqsədimiz orda toqquşmaların durdurulmasıdır. Bizim əsgərlərimizə hücum edən rejimdir. Əlbəttə, bizim də səbrimizin həddi var”.

Digər xəbərlər