Türkiyə və Ukrayna XİN başçıları telefonla danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı olub.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən bildirilib.

Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı tərəflərin mülki əhalinin çıxarılması üçün humanitar dəhlizin yaradılması haqqında razılığa gəlməsindən Türkiyənin məmnunluğu ifadə edilib.

Digər xəbərlər