Türkiyə və Rusiya XİN başçıları Cənubi Qafqazdakı durumu müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla Cənubi Qafqazdakı durumu müzakirə edib.

“Report” xəbər verir ki, bunu türkiyəli nazir tviterdə yazıb.

O bildirib ki, tərəflər həmçinin Ukrayna və Suriyadakı durum barədə də danışıblar.

Qeyd edək ki, Moskvada Türkiyə, Rusiya, Suriya və İran XİN başçıları arasında dördtərəfli görüş keçirilir.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49