Türkiyə və Əlcəzair prezidentləri ikitərəfli əlaqələri müzakirə ediblər

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Əbdülməcid Tebbunla ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, danışıqlar Dolmabağça iqamətgahında baş tutub və iki saata yaxın davam edib.

Söhbət zamanı, eləcə də iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar müzakirə olunub.

Liderlərin təkbətək formatda görüşündən sonra nümayəndə heyətləri geniş tərkibdə danışıqlar aparıb.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49