Bakı. 1 noyabr. REPORT.AZ/ Türkiyə və ABŞ prezidentləri - Rəcəb Tayib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər Suriyanın İdlib və Münbic şəhərlərindəki son vəziyyət və digər beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu gün Türkiyə və ABŞ Minbicdə birgə patrul fəaliyyəti həyata keçirməyə başlayıblar.