Türkiyə təyyarəsi hava boşluğuna düşüb, 29 nəfər xəsarət alıb

Bakı. 10 mart. REPORT.AZ/ "Turkish Airlines" hava yollarına məxsus İstanbuldan Nyu-Yorka uçan təyyarənin hava boşluğuna düşməsi nəticəsində azı 29 nəfər xəsarət alıb.

“Report” NBC xəbər verir ki, hava gəmisinin göyərtəsində 300-dən çox sərnişin olub.

Bildirilir ki, təyyarə Nyu-Yorkun Kennedi adına beynəlxalq aeroportuna eniş edən zaman güclü titrəyiş baş verib.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50