Türkiyə Silahlı Qüvvələri son bir həftədə 67 terrorçunu zərərsizləşdirib

Bakı. 14 aprel. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri ötən bir həftədə Türkiyə və İraqın şimalında aparılan əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aprelin 7-13-ü tarixində Tunceli, Diyarbəkir, Şırnak və İraqın şimalındakı əməliyyatlarda 67 terrorçu zərərsizləşdirilib.

Məlumatda qeyd edilib ki, "Zeytin budağı" hərəkatı başlayandan bu günə qədər 4157 terrorçu zərərsizləşdirilib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24