Türkiyə sahillərində qaçqınları daşıyan qayıq batıb, 9 nəfər ölüb

Bakı. 9 avqust. REPORT.AZ/ Türkiyənin Aydın əyalətinin Quşadası bölgəsinin sahillərində göyərtəsində qanunsuz mühacirlərin olduğu qayığın batması nəticəsində 9 nəfər ölüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Sahil Mühafizə Xidməti yayıb.

Qayıqda 13 nəfər olub. Onlardan 4-nü xilas etmək mümkün olub. 

Mühacirlər Yunanıstana keçmək istəyirmişlər.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24