Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyə 25 fərqli ölkədə, o cümlədən Rusiyada səfirlərini dəyişib.
Bu barədə "Report" "Anadolu"ya istinadən xəbər verir.
Türkiyənin Rusiyadakı yeni səfiri Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri üzrə departamentinin rəhbəri Mehmet Samsar olub.
O, bu vəzifədə Hüseyn Diriözü əvəz edəcək.