​Türkiyə Qurban bayramında 90-dan çox ölkəyə qurban əti aparacaq

Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkiyə bu il Qurban bayramı münasibətilə 90-dan çox ölkədə qurban əti paylayacaq. "Report"un xəbərinə görə, bu barədə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri rəhbəri Mehmet Görməz məlumat verib. "Bu il 6 qitədə, 90-dan çox olkədə, 500-dən çox nöqtədə millətimizin xeyir əlini 5 min insanla daşıyacağıq. Dünyada elə yerlər var ki, orada ətin bişməsini gözləyə bilməyəcək qədər ac olan və qurban ətini çiy yeyən insanlar var", - o deyib.

M.Görməz bildirib ki, qurban ətini sadəcə müsəlmanlara deyil,  digər dinlərin nümayəndələrinə də verəcəklər.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24