Türkiyə prezidenti: "Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil"

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüşdə deyib.

O həmçinin vurğulayıb ki, Suriya ordusunun İdlibdə əməliyyatlar keçirməsi humanitar fəlakətə səbəb ola bilər: "Suriyanın İdlib vilayətindəki vəziyyət risk nöqtəsinə gəlib çatıb. Bu region Türkiyənin təhlükəsizliyi üçün vacibdir".

Digər xəbərlər