Türkiyə prezidenti: “Müxalifətin sorosları çoxdur”

Bakı. 27 aprel. REPORT.AZ/ “Bunu unutmayın, ölkədə müxalifətin sorosları (Açıq Cəmiyyət İnstitutunun sədri Coroc Soros - “Report”) çoxdur”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.

“İndi ümidlərini iyunun 24-nə bağlayıblar. Ancaq bacarmayacaqsız”, - o, iyunun 24-də keçiriləcək prezident və parlament seçkilərinə xarici müdaxiləni tənqid edərkən vurğulayıb. 

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50