Ərdoğan: “Türkiyə uzaqlaşdırıldığı təqdirdə “F-35” layihəsi tamamilə iflasa uğrayacaq”

“Türkiyə uzaqlaşdırıldığı təqdirdə “F-35” layihəsi tamamilə iflasa məhkum olacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 14-cü Beynəlxalq Müdafiə Sənayesi sərgisinin açılışında bildirib.

O vurğulayıb ki, ölkəsi müdafiə sənayesi sahəsində məcburiyyətləri qəbul etməyəcək: “Bu sahədə tarixi islahatlara başladıq. Müdafiə sənayesinin xaricdən asılığını 80 faizdən 30 faizədək endirdik. Amma bu o qədər də asan başa gəlməyib. Bəzən sobatajlarla, xəyanətərlə üzləşdik. Qarşımıza çıxan maneələri aşmaqdan yorulmadıq. Əgər əvvəllər biz xaricdən mütəxəssislər gətirirdiksə, indi xaricə mütəxəssis göndəririk”.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24