Türkiyə ordusu İraqda altı PKK terrorçusunu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pençe-Kilid" əməliyyat bölgəsində altı PKK terrorçusunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında paylaşım edilib.

“Əməliyyatlarımızı sürəti azaltmadan, əzm və qərarlılıqla davam etdirəcəyik”, - paylaşımda qeyd olunub.

Digər xəbərlər