Türkiyə nömrə nişanlı yük maşını Gürcüstan Müdafiə Nazirliyinin avtomobili ilə toqquşub, 2 hərbçi ölüb

Bakı. 27 iyun. REPORT.AZ/ Gürcüstan Müdafiə Nazirliyinə məxsus minik maşınının Tbilisi-Senaki-Leselidze avtomobil yolunda yük maşını ilə toqquşması nəticəsində 2 gürcü hərbçi ölüb, 2 nəfər isə yaralanıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Aqara kəndi yaxınlığında hərbçilərin olduğu avtomobilə Türkiyə dövlət nömrə niçanlı yük maşını çırpılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar cinayət işi açıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49