Türkiyə kəşfiyyatı terrorçu PKK-nın əsas fiqurlarından birini zərərsizləşdirib

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK/KCK-HPG terror qruplaşmasının rəhbərliyinə daxil olan Sedat Aksu öldürülüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, “Şevger Çiya” kod adlı terrorçu Türkiyədə bir sıra cinayət əməlləri törətməkdə ittiham olunur.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50