Türkiyə Silahlı Qüvvələri İraqın Kandil bölgəsində PKK terrorçularına qarşı hava əməliyyatı keçirib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, terrorçular kəşfiyyat və müşahidə vasitələri ilə təsbit edilib.
Məlumata görə, Türkiyənin hava hücumu nəticəsində PKK-nın 9 terrorçusu zərərsizləşdirilib.