Türkiyə-İran sərhədində tikilən divarın 88 km-i hazırdır

Bakı. 2 oktyabr. REPORT.AZ/ Türkiyə ilə İran arasındakı sərhəd-divarın 88 km-i artıq hazırdır. 

“Report” “Aksham”a istinadən xəbər verir ki, divarın hündürlüyü 3 metrdir. 

Bildirilib ki, divarda istifadə edilən hər betonun ağırlığı 11 tondur. Divarın üzəri ilə 60 sm enində məftil çəkilib. Türkiyə ilə İran arasında sərhədin ümumi uzunluğu 560 km-dir. Onun 144 km-də divar tikilir. 

Bu divarın tikilməsində məqsəd Türkiyə ərazisinə qanunsuz girişin və qaçaqmalçılığın qarşısının alınmasıdır. Divar tikilməyən ərazidə belə halların qarşısını almaqdan ötrü tanklara da xəndəklər qazılıb.

Digər xəbərlər