Türkiyə hərbçiləri Suriyanın şimalında 12 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının 12 silahlısı zərərsizləşdirilib.

“Report” xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, əməliyyat Suriyanın şimalında “Fırat qalxanı” və “Zeytun budağı” əməliyyat bölgəsində keçirilib.

Digər xəbərlər