Bakı. 1 dekabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhər Prokurorluğu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Qrehem Fullerin həbs olunması barədə sanksiya verib.
“Report” Türkiyə KİV-inə istinadən bildirir ki, keçmiş kəşfiyyatçı Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda ittiham olunur.
O, 2016-cı il iyulun 15-də Türkiyədə uğursuzluqla nəticələnən dövlət çevirilişinə cəhddə iştirak etməkdə şübhəli bilinir.
Qeyd edək ki, Q.Fuller 1937-ci ildə anadan olub. İslam ekstremizmi sahəsi üzrə mütəxəssisdir. ABŞ Milli Kəşfiyyat Şurası sədrinin keçmiş müavini, Əfqanıstan paytaxtı Kabulda Mərkəzi Kəşfiyyat İdarəsinin baş rezidenti işləyib. 1985-ci ildə ABŞ-la İran arasında silah sövdələşməsi qalmaqalında (“İrangeyt”) onun adı əsas fiqur kimi hallanıb. Bu qalmaqaldan sonra Q.Fuller 27 il Mərkəzi Kəşfiyyat İdarəsində xidmət edib. Onun qızı Samanta Boston marafonunda terror törətməşkdə ittiham olunmuş çeçen əsilli Ruslan Tsarnayevin həyat yoldaşı olub.
Xatırladaq ki, 2013-cü il aprelin 15-də törədilən həmin terror nəticəsndə 3 nəfər ölmüş, 280-dən çox insan xəsarət almışdı.