Türkiyədə dağda köməksiz qalan azərbaycanlı tələbə xilas edilib

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dağda köməksiz qalan 29 yaşlı Azərbaycan vətəndaşı, tələbə Amir Oruci xilas edilib.

“Report” “Mynet”ə istinadən xəbər verir ki, onunla birlikdə daha üç tələbə - Ahmet Öztokmak (21 yaş), Mehmet Çavuşoğlu (23) və Mehmet Han Şafak (19) da dağda azıblar.

Məlumata görə, Türkiyənin Fövqəladə Hallar Nazirliyi və polisin şəxsi heyəti 8 saatdan sonra 4 gənci dağdan endirib.

Onların səhhətinin yaxşı olduğu bildirilib. 

Digər xəbərlər