Türkiyədə terrorçularla atışma olub: 2 hərbçi şəhid olub, 2-si yaralanıb

Türkiyənin Tunceli bölgəsi ətrafında keçirilən antiterror əməliyyatı zamanı 2 hərbçi şəhid olub, 2-si yaralanıb.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, məlumatı təhlükəsizlik orqanları yayıb.

Bildirilib ki, təhlükəsizlik qüvvələrinin terrorçulara “Təslim olun” xəbərdarlıqlarına qarşı tərəf atəşlə cavab verib. Nəticədə 4 hərbçi yaralanıb. Onlar Tunceli dövlət xəstəxanasına aparılıblar. Yaralılardan ikisi hospitalda vəfat edib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24