Bakı. 12 avqust. REPORT.AZ/ Türkiyənin TRT telekanalının aparıcısı Tijen Karaşın saxlanılması haqqında yayılan məlumat həqiqətəuyğun deyil.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə TRT açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində avqustun 11-də TRT-nin 42 əməkdaşı saxlanılıb: "İnternet saytları və sosial şəbəkələrdə telekanalın aparıcısı Tijen Karaşın tutulması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Aparıcımız vəzifəsini davam etdirir".
Məlumata əsasən, iyulun 15-də FETÖ-çuların bəyanatı Tijen Karaşa təzyiq altında oxutdurulub.