ABŞ Prezidenti Donald Tramp İranın Birləşmiş Ştatlarla danışıqlar aparmaq istədiyini bildirib.
"Report"un İsveçrəyə ezam olunmuş müxbirinin məlumatına görə, o, bunu "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində çıxışı zamanı söyləyib.
"İran danışıqlar aparmaq istəyir və aparacaq", - D.Tramp bildirib.
O əlavə edib ki, ABŞ Silahlı Qüvvələrinin ötən ilin iyun ayında keçirdiyi əməliyyat zamanı İranın "nüvə potensialı məhv edilib".