Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsi (MTK) yanında Xarici Kəşfiyyat Xidmətinə yeni direktor təyin edib.

“Report” xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.

Məlumata görə, Tokayev Milli Təhlükəsizlik Komitəsi sədrinə iki müavin də təyin edib - Marat Jumabayev və Almas Naymantayev.

M.Jumabayev eyni zamanda Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə də təyin edilib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49