Tokayev: Qazaxıstan Rusiyanın strateji və müttəfiq tərəfdaşı olub və olaraq qalır

Qazaxıstan çətin geosiyasi dövrə baxmayaraq, Rusiyanın strateji və müttəfiq tərəfdaşıdır və bu proses davam edəcək.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

"Kazaxstanskaya Pravda"da qarşılıqlı münasibətlərimiz haqqında məqalənizi diqqətlə oxudum. Səsləndirdiyiniz fikirlər mənim Rusiya nəşrindəki mövqeyimlə üst-üstə düşür", - o qeyd edib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49