Tokayev: Məqsədimiz Türk Dövlətləri arasında birliyi gələcək nəsillərə ötürməkdir

Məqsədimiz Türk Dövlətləri arasında birliyi qorumaq, gələcək nəsillərə ötürməkdir.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri ədliyyə nazirlərinin Astanada keçirilən iclasında müraciəti zamanı deyib.

O bildirib ki, Qazaxıstan Türk Dövlətləri Təşkilatının nüfuzunun artmasına və qurum daxilində əməkdaşlığın güclənməsinə xüsusi önəm verir: “Ədliyyə şurasının yaradılması ədliyyə sistemlərimizi yaxınlaşdırmağa və bu sahədə informasiya mübadiləsinə imkan verəcək”.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49