Tokayev: Astana və Tehran arasında konstruktiv siyasi dialoq qurulub

Astana və Tehran konstruktiv siyasi dialoq qurub.

"Report"un Akordaya istinadən məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada iranlı həmkarı Məsud Pezeşkianla görüşü zamanı bildirib.

"İkitərəfli sazişlər həyata keçirilir. Parlamentlərarası əlaqələr gücləndirilir. Ticari-iqtisadi əməkdaşlıq artır. Bu ilin 10 ayı ərzində göstəricilər 2024-cü illə müqayisədə 40 % artıb ki, bu da şübhəsiz yaxşı nəticədir. Biz təyin olunmuş tempi saxlamalı və qarşılıqlı ticarətin həcmini artırmalıyıq", - K.Tokayev vurğulayıb.

Digər xəbərlər