Türkiyədə yol qəzası baş verib, azı 5 nəfər ölüb.
“Report” yerli NTV telekanalına istinadən xəbər verir ki, hadisə Tekirdağ əyalətinin Çorlu rayonunda qeydə alınıb.
Bildirilib ki, TIR-la minik avtomobili toqquşub və ardınca avtomobillər yanmağa başlayıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər yanaraq ölüb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər onların yanmış meyitini avtomobildən çıxarıblar.