Bakı. 7 avqust. REPORT.AZ/ Tehranda neft şirkətinin binasında yanğın baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Onmərtəbəli binanın “Qeshm Oil and Energy Industries Development” şirkətinə məxsus olduğu bildirilir.