Bakı. 6 fevral. REPORT.AZ/ İran paytaxtı Tehranda İstilik-Elektrik Stansiyasında yanğın baş verib.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, ölkənin Energetika Nazirliyinə məxsus olan stansiya Vəli-Əsr meydanında yerləşir.
Yanğının təfərrüatı və itkilər barədə hələlik məlumat yayılmayıb.
İran mətbuatı yazıb ki, hadisə 2017-ci ildə “Plasko” ticarət mərkəzində baş verən yanğına oxşayır. Bu hadisəni “ikinci Plasko” da adlandırırlar.
Xatırladaq ki, 2017-ci il yanvarın 19-da Tehranda baş verən yanğında “Plasko” ticarət mərkəzi tamamilə çökmüşdü. Nəticədə 50-dən çox insan ölmüşdü.