Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

İran Prezidenti İbrahim Rəisinin ölüm xəbəri yayıldıqdan sonra Tehran Fond Birjası fəaliyyətini dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fondun Direktorlar Şurası məlumat yayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40