İranda Güney Azərbaycanın Təbriz şəhərində Şəhid Rəcai Sənaye Parkında birdəfəlik istifadə üçün qab-qacaq istehsal edən “Negin Pars” fabrikində yanğın olub.
“Report” xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb.
Bildirilib ki, yanğın bir neçə saatdır başlayıb, hazırda yanğınsöndürənlər alovun yayılmasının qarşısını almağa çalışır.
Hadisənin səbəbi, itki və dəyən ziyanın həcmi açıqlanmayıb.