Tbilisi. 17 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Tsabadze küçəsində qaçqın ailələrinin yaşadığı binada yanğın olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, yanğın binanın ikinci mərtəbəsi və dam örtüyünü əhatə edib.
Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsindən 150 kv. metr sahə yanıb. Yanğın artıq lokallaşdırılıb.
Binada 36 qaçqın ailəsinin yaşadığı bildirilir. Yanğın nəticəsində xəsarət alan olmayıb.