Tbilisidə klinika karantinə bağlandı

Tbilisinin 1 saylı Universitet Klinikasında karantin elan olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə xəstəxananın direktoru Levan Ratiani jurnalistlərə bildirib.

Onun sözlərinə görə, buna səbəb klinikanın həkim-ginekoloqlarının birinin koronavirusa yoluxmasıdır.

Digər xəbərlər